​Ötən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 1,1 faiz artıb

​Ötən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 1,1 faiz artıb Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29 faizini təşkil edib
Sənaye
19 Yanvar , 2016 19:04
​Ötən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 1,1 faiz artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun həcmi 2014-cü illə müqayisədə 1,1 faiz artaraq 54,4 milyard manat olub. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilib.

Məlumatda bildirilib ki, ÜDM-in hər nəfərə düşən həcmi 5703,7 manat, yaxud 5558,7 ABŞ dolları təşkil edib. Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda 37,7 milyard manatlıq əlavə dəyər istehsal olunub, onun ÜDM-də xüsusi çəkisi 69,3 faizədək yüksəlib.

Bu dövrdə ümumi daxili məhsulun 33,93 faizi sənayedə, 12,14 faizi tikintidə, 10,00 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,40 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,71 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,99 faizi informasiya və rabitə sahələrində, 19,31 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,29 faizini təşkil edib.

Son xəbərlər

Orphus sistemi