Ötən il Azərbaycanda tullantıların 40%-i müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranıb

Ötən il Azərbaycanda tullantıların 40%-i müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranıb 2018-ci ildə Azərbaycandakı ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2 896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1% çox tullantı əmələ gəlib və onların 60,6%-ni bərk məişət tullantıları, 39,4%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.
Sənaye
24 Aprel , 2019 12:29
Ötən il Azərbaycanda tullantıların 40%-i müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranıb

2018-ci ildə Azərbaycandakı ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2 896,1 min ton və ya əvvəlki illə müqayisədə 5,1% çox tullantı əmələ gəlib və onların 60,6%-ni bərk məişət tullantıları, 39,4%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən il yaranmış 1 756,1 min ton bərk məişət tullantılarının 31,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3%-i ölkə daxilində satılıb, 68,5%-i isə zibilxanalara daşınıb. Məişət tullantılarından istifadə hesabına 162,2 mln. kVt saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 51%-ni təşkil edir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 27,7%-i istifadə edilib, 16,2%-i ölkə daxilində satılıb, 0,9%-i ixrac olunub, 12,4%-i zibilxanalara atılıb, 42,8%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 338,7 min ton və ya əvvəlki illə müqayisədə 27,3% çox təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 11,7olub. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 64,2 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib. Tullantıların 49,9%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb və onların böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür.

Son xəbərlər

Orphus sistemi