​Ötən il Azərbaycan 223 ədəd "Chevrolet Niva" idxal edib

​Ötən il Azərbaycan 223 ədəd "Chevrolet Niva" idxal edib Bu, "GM - AVTOVAZ"ın ümumi ixrac həcminin 5,6%-ni təşkil edib
Sənaye
6 Fevral , 2015 08:49
​Ötən il Azərbaycan 223 ədəd Chevrolet Niva idxal edib

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan 2014-cü ildə təqribən 223 ədəd "Chevrolet Niva" markalı avtomobil idxal edib.

"Report" xəbər verir ki, bu göstərici "GM - AVTOVAZ" birgə müəssisəsinin ötənilki ümumi ixrac həcminin 5,6%-ni təşkil edib.

"GM - AVTOVAZ" BM 2014-cü ildə ümumilikdə 3981 ədəd avtomobil ixrac edib. Müəssisə üçün ən böyük xarici bazar Qazaxıstan olaraq qalmaqdadır. Ötən il ümumi ixrac həcminin 79,7%-i bu ölkənin payına düşüb. Belarus 11,1% ilə ikinci, Azərbaycan isə üçüncü yerdə (5,6%) qərarlaşıb.

Birgə müəssisə bu il təqribən 3,5 min avtomobil ixrac etməyi planlaşdırır ki, bu da ötən ilin göstəricisindən 12 faiz aşağıdır.

Son xəbərlər

Orphus sistemi