Ötən ay Bakıda inşaat işlərinin 86 %-ni özəl müəssisələr yerinə yetirib
- 24 fevral, 2024
- 10:12
Bu ilin yanvar ayında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 86 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, ötən ay paytaxtın tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 79,3 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,6 %-ni əsaslı təmir, 6,2 %-ni cari təmir, 6,9 %-ni isə sair tikinti işləri təşkil edib.
Xatırladaq ki, bu lin yanvar ayında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,5 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,3 %-ini əsaslı təmir, hər birində 7,1 % olmaqla cari təmir və sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 84 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.