Ötən ay Azərbaycanda 89 minik avtomobili istehsal olunub

Ötən ay Azərbaycanda 89 minik avtomobili istehsal olunub Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,9 mln. manatlıq məhsul istehsal edilib.
Sənaye
19 Fevral , 2019 14:10
Ötən ay Azərbaycanda 89 minik avtomobili istehsal olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,9 mln. manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 11,9% artıb.

Ay ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı 188 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.

Ötən ay 89 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 8,5 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 64,9% artıb.

Son xəbərlər

Orphus sistemi