Ötən ay Azərbaycan karbamid ixracından gəlirini 15 dəfəyədək artırıb

Sənaye
  • 28 fevral, 2022
  • 11:13
Ötən ay Azərbaycan karbamid ixracından gəlirini 15 dəfəyədək artırıb

Bu ilin yanvar ayında Azərbaycan 14,6 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,6 milyon ABŞ dolları və ya 14,6 dəfə çoxdur.

2021-ci il ərzində isə Azərbaycan 118,5 milyon ABŞ dolları dəyərində karamid ixrac edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 107,9 milyon ABŞ dolları və ya 11,2 dəfə çoxdur.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti