Yuxarı

​OPEK nümayəndəsi neftin 100 dollaradək bahalaşmasını mümkünsüz hesab edir

Neft artıq 100-120 dollar qiymətinə qalxmayacaq

Bakı. 22 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının OPEK-dəki nümayəndəsi Məhəmməd Madi hesab edir ki, neft artıq 100-120 dollar qiymətinə qalxmayacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, iqtisadçı belə bir bəyanatla Ər-Riyadda keçirilən energetika üzrə konfransın kuluarlarında bəyan edib.

"Neft artıq 100-120 dollar qiymətinə qalxmayacaq. Biz başa düşürük ki, bütün dövlətlərə yüksək gəlir lazımdır. Bunu biz də, istəyirik, lakin təkcə özümüz üçün deyil, gələcək nəsillər üçün də istəyirik", - deyə Madi bildirib.

Lakin, onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ABŞ-da şist nefti hasilatını dəstəkləyir, çünki bu, bazarda balans yarada bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi