Oğuzda ​istehlakçıların hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Oğuzda ​istehlakçıların hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib Konfransın sonunda istehlakçıların sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb
Sənaye
14 Avqust , 2015 20:01
Oğuzda ​istehlakçıların hüquqlarının müdafiəsinə həsr olunmuş konfrans keçirilib

Bakı. 14 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans avqustun 14-də Oğuzda keçirilib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə 150-dən çox istehlakçı iştirak edib.

Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib, qurumun təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd edib.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 55 mindən çox buklet, 6 adda 3 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb.

Məlumata görə, maarifləmdirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, 2015-ci ilin yanvar-iyul aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 7 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib.

Konfransın sonunda istehlakçıların sualları cavablandırılmış, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi