KİV: Yaponiya və Britaniya Afrikada mədən sənayesinə birgə investisiya qoymaq niyyətindədir

KİV: Yaponiya və Britaniya Afrikada mədən sənayesinə birgə investisiya qoymaq niyyətindədir Yaponiya və Böyük Britaniya Afrikada mədən sənayesinə birgə investisiyalar üçün mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçirir.
Sənaye
4 Sentyabr , 2023 07:20
KİV: Yaponiya və Britaniya Afrikada mədən sənayesinə birgə investisiya qoymaq niyyətindədir

Yaponiya və Böyük Britaniya Afrikada mədən sənayesinə birgə investisiyalar üçün mexanizmlərin yaradılması imkanlarını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Onun mənbələrinə görə, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yasutosi Nisimuranın bu həftə Böyük Britaniyaya gözlənilən səfəri zamanı razılıq əldə oluna bilər. Bu, ilk növbədə, elektrik nəqliyyat vasitələrinin istehsalı, eləcə də digər ekoloji cəhətdən təmiz texnologiyalar üçün vacib olan kobalt və nikel mədənlərinin inkişafı ilə bağlıdır.

İndi Yaponiya bu mineralların tədarükü üçün bəzi ölkələrdən, o cümlədən Çindən asılıdır. Yeni razılaşmalar vasitəsilə Yaponiya və Böyük Britaniya tədarük mənbələrini şaxələndirmək üçün mədən sahələrini birgə axtarmaq və Afrikada neft emalı zavodları yaratmaq niyyətindədir.

Bundan başqa, Yaponiya və Böyük Britaniya yarımkeçiricilər və batareyalar kimi kritik mallarda çatışmazlıqların erkən aşkarlanması mexanizmi yaratmağa ümid edir. İki ölkənin iqtisadiyyat nazirlərinin vaxtında məlumat mübadiləsi apara biləcəkləri bir sistemin yaradılması onlara təchizat zəncirlərində mümkün pozulmalara hazırlaşmaq və problemin həlli üçün lazımi tədbirlər görmək imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi