Zəngilan Beynəlxalq Hava Limanının tikintisində İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Archi Glass” MMC-nin istehsal etdiyi multifunksional (LOWE) şüşə paketlərdən istifadə edilib.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, şirkət sifarişçiyə 3 800 kvadrat metr emal olunmuş şüşə paketlər göndərib. Məhsulların hazırlanmasında xammal kimi Parkın digər rezidenti - “Azerfloat” QSC-nin istehsalı olan 5 millimetrlik şüşə vərəqələrdən də istifadə olunub.
"İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi fəaliyyətin əlverişli biznes mühitinə əsaslanmaqla canlandırılması, həyata keçirilən layihələrdə yerli şirkətlərin iştirakına önəm verilməsi istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, ümumilikdə iqtisadi artıma əlavə stimul yaradır", - deyə nazirlik bəyan edib.