​Nazir: Pay torpaqlarından istifadə etməyən kəndlilərin "qara siyahısı" hazırlanıb

​Nazir: Pay torpaqlarından istifadə etməyən kəndlilərin "qara siyahısı" hazırlanıb "Əkin torpaqlarından istifadə etməyən fermerlər cərimələnəcək"
Sənaye
26 Aprel , 2015 09:35
​Nazir: Pay torpaqlarından istifadə etməyən kəndlilərin qara siyahısı hazırlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Əkin torpaqlarından istifadə etməyən fermerlər cərimələnəcək.

"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, artıq istifadə edilməyən torpaqların monitorinqi aparılıb:

"Pay torpaqlarından istifadə etməyən kəndlilərin "qara siyahısı" hazırlanıb. Bu cür fermerlər müəyyən qədər cərimə olunacaq. Birinci ildə torpağı istifadə etməyən fermerə tətbiq edilən cərimə növbəti illərdə daha cox olacaq. H.Əsədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təklifləri hökumətə göndərib".

Nazirin sözlərinə görə, bu sahədə dünya təcrübəsi nəzərdən keçirilib:

"Aparılan araşdırmalar zamanı məlum olub ki, dünyanın əksər ölkələrində, əsasən də, Avropada istifadəsiz torpaqlar ücün cərimlər tətbiq etmək, vergiləri yüksəltmək, subsidiya verməmək, bəzi ölkələrdə isə istifadəsiz torpaqların kəndlilərdən geri alınması praktikası tətbiq edilir. Biz də, bu təcrübələri müəyyənləşdirib, Azərbaycan üçün uyğun olan cərimə tətbiqi üsulunu seçmişik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi