Nazir müavini: "Ələt Azad İqtisadi Zonası Azərbaycanı təchizat zəncirində ciddi oyunçuya çevirəcək"

Nazir müavini: "Ələt Azad İqtisadi Zonası Azərbaycanı təchizat zəncirində ciddi oyunçuya çevirəcək" "Azərbaycanın qlobal təchizat zəncirində rolunun və yerinin möhkəmləndirilməsi əsas hədəflərimizdəndir".
Sənaye
27 Oktyabr , 2021 17:14
Nazir müavini: Ələt Azad İqtisadi Zonası Azərbaycanı təchizat zəncirində ciddi oyunçuya çevirəcək
İiqtisadiyyat nazirinin müavini Niyazi Səfərov / Report/ Firi Salim

"Azərbaycanın qlobal təchizat zəncirində rolunun və yerinin möhkəmləndirilməsi əsas hədəflərimizdəndir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində "İƏT regionunun gələcək iqtisadi və ticarət perspektivləri" adlı panelində deyib.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının effektiv icrası üçün ölkədə ciddi nəqliyyat infrastrukturu yaradılıb: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkə ərazisində tikilmiş bir neçə beynəlxalq hava limanı bu zəncirin əsas hissəsidir".

Nazir müavini əlavə edib ki, Bakının Qaradağ rayonunda yerləşən Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti də çox böyükdür: "Zonanın əsas üstünlüyü beynəlxalq marşrutların üzərində yerləşməsidir və onun təqdim etdiyi logistik imkanlar ölkəni təchizat zəncirində ciddi oyunçuya çevirəcək. Zona gələn ilin iyul ayından etibarən investorları qəbul edəcək".

Son xəbərlər

Orphus sistemi