Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 365,9 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.
9 ay ərzində sənaye məhsulunun 325,55 milyon manatlıq hissəsi və yaxud 89 %-i malların, 40,35 milyon manatlıq hissəsi və yaxud 11 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 83,7 %-i emal, 14,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 47,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox sənaye məhsulu istehsal edilib. Son 1 ildə məhsul istehsalı neft-qaz sektorunda 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,7 % artıb.