Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,1 % artaraq 2 273 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çox ÜDM istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 %, qeyri neft-qaz sektorunda isə 7,1 % artıb.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 103 manat olub.