Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq

Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq Dövlət Proqramında kənd təsərrüfatının bir sıra sahələninin stimullaşdırılması nəzərdə tutulur
Sənaye
117
29 Mart , 2021 12:29
Naxçıvanda bir sıra istehsal müəssisələri yaradılacaq

Naxçıvanda yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, həmçinin qarğıdalı yağı istehsalına başlanılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.

Sözügedən işləri Naxçıvan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi icra edəcək.

Xatırladaq ki, Dövlət Proqramında kənd təsərrüfatının bir sıra sahələninin stimullaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi