Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında 40,7 milyon manatlıq məhsul istehsal edilib, bunun 33,3 milyon manatlıq hissəsi ixrac edilib.
“Report” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə indiyə qədər Parkda 313 milyon manatlıq məhsul istehsal edilib, bunun da 267 milyon manatlıq hissəsi “Made In Azerbaijan” brendi Türkiyə, Rusiya və s. ölkələrə ixrac edilib.
26 hektar ərazini əhatə edən Parkın əsas fəaliyyət istiqamətləri tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Burada Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.
İndiyə qədər Parka 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.