Mingəçevir Ağac Emalı zavodu səhmdarlarına hesabat verəcək

Mingəçevir Ağac Emalı zavodu səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Sənaye
6 May , 2017 18:01
Mingəçevir Ağac Emalı zavodu səhmdarlarına hesabat verəcək

Bakı. 6 may. REPORT.AZ/ İyunun 19-da, saat 14:00-da “Mingəçevir Ağac Emalı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki. yığıncaq Cəmiyyətin yerləşdiyi Mingəçevir şəhəri, Gəncə şossesi, 8 ünvanında olacaq. 

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə balansının təsdiq edilməsi və digər məsələlər daxildir. 

Xatırladaq ki, “Mingəçevir Ağac Emalı” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 420 manatdır. 

Son xəbərlər

Orphus sistemi