"Azərbaycanın Milli Süni İntellekt Strategiyasının hazırlanmasının üzərində iş aparılır".
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev jurnalistlərə açıqlamasında deyib. "
"Strategiyanın hazırlanması üçün dünya təcrübəsini öyrənirik. IV Sənaye İnqilabı üzrə İşçi Qrupu yaradılıb, burda müvafiq mütəxəssislərin fikrini öyrənirik. Ən yaxşı təcrübədən istifadə etməklə Azərbaycan üçün Süni İntellekt üzrə Milli Strategiyasının hazırlanmasını hədəfləmişik", - deyə o, qeyd edib.