“Khazar” avtomobillərinin daha bir ölkəyə ixracına başlanıb
- 02 noyabr, 2021
- 07:09
İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar” markalı minik avtomobillərinin Ukraynada satışına başlanılacaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, artıq ilk avtomobillər artıq bu ölkəyə çatdırılıb və sertifikasiyadan keçib.
Onların qiymətinə dair dəqiq məlumat olmasa da, Rusiya istehsalı olan “Lada” markalı minik avtomobillərin ilə eyni qiymətə təklif olunacağı deyiir. Azərbaycanda bu avtomobillər 8-10 min ABŞ dollarına satılır.
“Khazar” avtomobillərini Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidenti - "Azərmaş” ASC və “İran Khodro” şirkətinin yaratdığı birgə müəssisə istehsal edir. Zavod 2016-cı ilin avqust ayında imzalanmış sazişə uyğun qurulub, 2019-cu ilin mart ayında iki ölkə prezidentinin iştirakı ilə istifadəyə verilib. Dəyəri 15 milyon ABŞ dolları olan layihədə Azərbaycan tərəfi 75%, İran tərəfi isə 25% paya malikdir.
Zavodda istehsal olunan avtomobillər "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.