İsveçrə şirkəti Azərbaycan vasitəsilə Orta Asiya bazarına daxil olur

İsveçrə şirkəti Azərbaycan vasitəsilə Orta Asiya bazarına daxil olur İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən İsveçrənin kimya sənayesi şirkətinin törəməsi - SİKA MMC Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarına daxil olur.
Sənaye
682
19 Noyabr , 2020 15:47
İsveçrə şirkəti Azərbaycan vasitəsilə Orta Asiya bazarına daxil olur

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən İsveçrənin kimya sənayesi şirkətinin törəməsi SİKA MMC Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarına daxil olur.

Bu barədə “Report”a açıqlamasında şirkətin baş direktoru Adəm Yayla məlumat verib.

"Bu həftə Özbəkistana 12 min manat dəyərində sement tərkibli quru qarışıqlar göndərəcəyik. Lakin gələcəkdə oradan yenə də təkliflər gözləyirik. İxracın dəyərini ilkin olaraq 300-400 min manata, tədricən isə 2-3 milyon manata çatdıra bilərik ki, bu da Azərbaycan iqtisadiyyatına töhfə verəcək. Paralel olaraq Azərbaycandan Gürcüstana ixrac barədə də danışıqlar aparırıq”, - o qeyd edib.

Xatırladaq ki, SİKA 1910-cu ildə yaradılıb və onun 104 ölkədə 200-dən artıq fabriki fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarına 2005-ci ildə daxil olub. Onun yerli törəməsinin nizamnamə kapitalı 5,3 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi