İndoneziya şirkətləri Azərbaycanın sənaye zonalarına pul qoya bilər

İndoneziya şirkətləri Azərbaycanın sənaye zonalarına pul qoya bilər İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi və səfirliyin bir qrup əməkdaşı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.
Sənaye
16 İyul , 2022 12:04
İndoneziya şirkətləri Azərbaycanın sənaye zonalarına pul qoya bilər

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi və səfirliyin bir qrup əməkdaşı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında olub.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyev səfirlik əməkdaşlarına ölkəmizdəki sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış biznes və investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir İndoneziya şirkətlərinin tikininti materiallarının istehsalı və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarında həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda səfirlik əməkdaşları Parkda görülmüş işlər, Parkın rezidentləri “Alco” MMC-nin sürkü yağları istehsal müəssisəsində və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin kabel zavodunda istehsal prosesi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi