Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 33,1 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq iki ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2 dəfə artıb.
Yanvar-fevral aylarında 216 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd və ya 55 % az minik avtomobili istehsal olunub. Bu il martın 1-nə ölkədə 169 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bu ilin ilk iki ayında Azərbaycanda 51 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 % çoxdur. Nəticədə, bu il martın 1-nə ölkədə 120 ədəd hazır məhsul ehtiyatı yaranıb