Yuxarı

İran, Rusiya və Almaniya Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir

Nazir müavini: Növbəti həftə yeni rezidentin adını açıqlayacağıq

Bakı. 12 aprel. REPORT.AZ/ Hazırda Sumqayıt Kimya Sənaye Parkında 7 rezident fəaliyyət göstərir və rezident olmaq istəyən digər namizədlərlə danışıqlar aparılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. 

N.Səfərov danışıqların nəticələrinin gələn həftə açıqlanacağını bildirib: "Hazırda İran, Rusiya və Almaniya Sumqayıt Kimya Sənaye Parkı ilə maraqlanır. Onlar öz təkliflərini irəli sürüb və biz də müəyyən araşdırmalar aparırıq. İnanıram ki, növbəti həftə yeni rezidentin adını açıqlayacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi