Yuxarı
    Bağlamaq

    İqtisadiyyat və Sənaye Nazirliyində maşın və avadanlıq istehsalı sənayesi üzrə müzakirə aparılıb

    İşçi qrupların növbəti iclası keçirilib

    Bakı. 17 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyində maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclası keçirilib. "Report"un məlumatına bu barədə Nazirliyin yaydığı məlumatda bildirilir.

    İclasda müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflər irəli sürüblər. İclasda “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft-maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib.

    İclasın sonunda maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilmişdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi