Hesablama Palatası: İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib

Hesablama Palatası: İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib 2019-cu ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin azalması (2,3%) tikinti sektorunda əhəmiyyətli – 5,6% azalmaya səbəb olub.
Sənaye
3 İyun , 2020 14:53
Hesablama Palatası: İnvestisiya qoyuluşunun azalması tikinti sektoruna mənfi təsir edib
Hesablama Palatası / Report

2019-cu ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin azalması (2,3%) tikinti sektorunda əhəmiyyətli – 5,6% azalmaya səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, bu sektor üzrə ilkin olaraq 2,5% artım planlaşdırılsa da, hesabat ilinin sonuna 6,1% azalma müşahidə olunub və gözlənilən (düzəliş edilmiş) azalmanı (2,5%) üstələyib. Bununla da, sektor nəinki ümumi daxili məhsulun (ÜDM) artımına töhvə verib, əksində 0,5% faiz bəndi azaldıcı təsir edib. Bu təsir qeyri-neft ÜDM-i üzrə 0,8 faiz bəndi təşkil edib. 

Orphus sistemi