İlin sonuna Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsinin 200 mln. manata çatması planlaşdırılır

İlin sonuna Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsinin 200 mln. manata çatması planlaşdırılır Bakı.28 iyul.REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsinin ilin sonuna 200 mln. manata çatdırılması planlaşdırılır.
Sənaye
28 İyul , 2018 12:37
İlin sonuna Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsinin 200 mln. manata çatması planlaşdırılır

Bakı.28 iyul.REPORT.AZ/ "Sumqayıt Kimya Sənaye Parkı"nın dövriyyəsinin ilin sonuna 200 mln. manata çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bu gün Bakıda keçirilən "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili mövzusu"nda tədbirdə bildirib.

O qeyd edib ki, 2015-ci ildə parkın dövriyyəsi 24 mln.manat olubsa, 2017-ci ildə 140 mln.manat təşkil edib: "Bu ilin I yarısında Parkın dövriyyəsi 100 mln.manat olub, ilin sonuna bu rəqəmin 200 mln.manata çatması planlaşdırılır".

O bildirib ki, 5 il əvvəl “Sumqayıt Kimya Sənaye Parkı”nın investisiya portfeli 860 mln. dollar təşkil edib, hazırda isə Parkın investisiya portfelinin həcmi 2,8 mlrd. dollar təşkil edir. "Parkda faktiki investisiyanın həcmi 5 il əvvəl 60 mln.dollar olub, hazırda isə 2 mlrd.dollar təşkil edir".

N. Talıbov bildirib ki, hazırda "Sumqayıt Kimya Sənaye Parkı"nda təxminən 8 min nəfər işçi çalışır.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir:"2011-ci ildə Azərbaycanda sənaye parkları yaradılarkən burada 10 min insanın işlə təmin ediləcəyi düşünülürdü. Bu gün isə artıq bu sənaye parklarında 11 minə yaxın insan çalışır. Gələcəkdə isə burada daha 7 500-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulub”.

O qeyd edib ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərən bu sənaye parklarına yatırılan investisiyaların həcmi 2,6 mlrd. dollar təşkil edir: “Sənaye parklarının investisiya portfelinin həcmi 3,6 mlrd.dollar, faktiki investisiyanın həcmi isə 2,6 mlrd.dollar qiymətləndirilir".

Son xəbərlər

Orphus sistemi