“Holcim (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Holcim (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq martın 16-na təyin edilib
Sənaye
26 Yanvar , 2017 09:32
“Holcim (Azerbaijan)”ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Martın 16-da, saat 10:00-da “Holcim (Azerbaijan)” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, İzmir küçəsi,1033 ünvanında yerləşən “Hyatt Regency” hotelinin iclas və konfrans mərkəzində baş tutacaq.

Yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi