Yuxarı
    Bağlamaq

    Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiqlənib

    Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.

    Fonddan “Report”a verilən məlumata görə, iclas zamanı maraqlı tərəflərin iştirakı ilə Komissiyanın 2018-ci il üçün Fəaliyyət planı təsdiq edilib.

    İclas iştirakçıları 2017-ci il üzrə HSŞ hesabatlılığı prosesi ətrafında müvafiq müzakirələr apararaq prosesə başlanılması ilə bağlı qərar qəbul ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi