Bu il Azərbaycanda asfalt istehsalı 2,2 dəfə artıb

Bu il Azərbaycanda asfalt istehsalı 2,2 dəfə artıb Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5% artaraq 240,1 mln manat təşkil edib.
Sənaye
20 May , 2019 11:39
Bu il Azərbaycanda asfalt istehsalı 2,2 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5% artaraq 240,1 mln manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin dörd ayında ölkədə 996,3 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,2% çoxdur.

Bu ilin yanvar-aprel aylarında ölkədə 80,6 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin yanvar-aprel aylarında tikinti kərpicinin istehsalı 69,8% artaraq 135,1 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 61,8% azalaraq 1,9 min ton olub. Yanvar-aprel aylarında tikinti əhənginin istehsalı 41,5% artaraq 13,1 min ton təşkil edib.

Yanvar-aprel ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 44 ton olaraq, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 73,7% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 52,5% azalaraq 14,1 min kubmetr təşkil edib.

Ötən dörd ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 53,3% artaraq 7 654,7 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 11,7% artaraq 423,3 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi