Hacıqabul Sənaye Parkında məhsul istehsalının həcmi açıqlanıb
Sənaye
- 16 aprel, 2025
- 17:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İndiyədək Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən bildirib.
Məlumata görə, sahibkarlar sənaye parkına 59 milyon manatdan çox investisiya yatırıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 124 milyon manatdan artıq investisiyanın da yatırılması planlaşdırlır.
Parkda investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
İndiyədək Hacıqabul Sənaye Parkında 360-dan artıq daimi iş yeri yaradılıb.
Son xəbərlər
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Digər ölkələr
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region
00:58
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
Futbol
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region