​Goranboyda sahibkarlara təlimlər keçirilib

​Goranboyda sahibkarlara təlimlər keçirilib Biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb
Sənaye
23 Aprel , 2015 20:48
​Goranboyda sahibkarlara təlimlər keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/Aprelin 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda, aprelin 23-də isə Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboyda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması mövzularına həsr olunmuş treninqlərdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi