Bakı. 19 mart. REPORT.AZ/ Amerikanın General Motors konserni bəyan edib ki, Rusiyanın Opel və qismən də Chevrolet bazarını tərk edir.
"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, General Motors rəsmiləri bildirib ki, bundan sonra diqqəti Cadillac və Chevrolet markasından olan Corvette, Camaro və Tahoe modifikasiyalarına cəmləşdirəcəklər. Beləliklə, GAZ zavodunda Opellər-in yığılması prosesi də dayandırılacaq.
Bununla belə General Motors müştərilərini əmin edib ki, avtomobillər üçün ehtiyyat hissələrinin təchizatı davam etdiriləcək.
Şirkət bildirir ki, Rusiya bazarından qismən çıxması konserndəki yenidənqurma xərcləri ilə bağlıdır.