Gələn il Azərbaycanda metanol istehsalında 17% artım gözlənilir

Gələn il Azərbaycanda metanol istehsalında 17% artım gözlənilir Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda gələn il məhsul istehsalının bu ilin proqnozu ilə müqayisədə 17% artaraq 350 min ton olacağı nəzərdə tutulub.
Sənaye
27 Oktyabr , 2018 17:33
Gələn il Azərbaycanda metanol istehsalında 17% artım gözlənilir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda gələn il məhsul istehsalının bu ilin proqnozu ilə müqayisədə 17% artaraq 350 min ton olacağı nəzərdə tutulub.

“Report” bu barədə 2019-cu ilin büdcə zərfinə istinadən xəbər verir.

Bu il Metanol Zavodunda 300 min ton məhsul istehsalı proqnozlaşdırılır. Ötən il metanol istehsalının həcmi 265,8 min ton təşkil edib.

Zavodda 2020-ci ildə 350 min ton, 2021-ci ildə 375 min ton, 2022-ci ildə isə 400 min ton metanol istehsalı proqnozlaşdırılır.

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi