FSG: 2018-ci ildən etibarən Azərbaycan iqtisadiyyatını stabil artım gözləyir
- 11 dekabr, 2016
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatı 2018-ci ildən başlayaraq 2021-ci ilin əvvəlinə qədər 1-2 faiz səviyyəsində sabit artımını davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Vaşinqtonun "Frontier Strategy Group" konsaltinq şirkətinin bazar günü açıqlanan analitik hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, 2017-ci ilin büdcəsi neftin bir barelinin orta illik qiyməti 40 dollar nəzərdə tutulmaqla konservativ model üzrə formalaşdırılıb. Həmçinin bildirilir ki, hökumət hər il öz xərclərini 5 faiz səviyyəsində azaltmağa başlayacaq.
"Frontier Strategy Group"un proqnozuna görə, daxili və idxal məhsullarının cəmləşdirilməsi Azərbaycan iqtisadiyyatının artımına səbəb olacaq və bu çərçivədə artıq bir sıra idxal mallarının rüsumu artırılıb.