Bakı. 17 dekabr. REPORT.AZ/ İtaliyanın "Ferrari" şirkəti brendin Yaponiya bazarına daxil olmasının 50 illiyi münasibəti ilə eksklüziv superkar istehsal edib.
"Report" "Luxury Launches" nəşrinə istinadən xəbər verir ki, yeni "Ferrari J50" modeli silsilə "488" modeli əsasında hazırlanıb, lakin onun zahiri dizaynı əhəmiyyətli dərəcədə fərqlənir.
Bundan əlavə, avtomobil 20 il ərzində ilk dəfə olaraq sərt bərkidilmiş alın şüşəsi, oturacaqların arxasındakı təhlükəsizlik qövsü, üstünün açıq olması və arxa şüşəsinin mövcudluğu ilə fərqlənən tarqa tipli kuzova qovuşub.
Eksklüziv superkar 680 cc tutumlu 3,9 litrlik V8 mühərriki ilə təchiz edilib. "Ferrari J50" modeli cəmi 10 ədəd buraxılacaq və sifarişçilərin istəklərinə uyğun olaraq əlavə hissələrlə təmin ediləcək. Onların hamısı Yaponiya bazarında satılacaq. Maşınların qiyməti 2,66 milyon dollardır.