​Fazil Məmmədov: "Son illərdə ölkədə iqtisadi artım, əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub"

​Fazil Məmmədov: "Son illərdə ölkədə iqtisadi artım, əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub" "Real büdcə öhdəlikləri tam həcmdə yerinə yetirilib"
Sənaye
10 Aprel , 2015 23:26
​Fazil Məmmədov: Son illərdə ölkədə iqtisadi artım, əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub

Bakı. 10 aprel. REPORT.AZ/ "Son illərdə ölkədə iqtisadi artım, əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub".

“Report” xəbər verir ki, bunu aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergilər naziri Fazil Məmmədov deyib.

O bildirib ki, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib.

"Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub".

Fazil Məmmədov ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər barədə dövlət başçısına məlumat verib.

Son xəbərlər

Orphus sistemi