Dünyada xam polad istehsalı azalıb

Dünyada xam polad istehsalı azalıb Bu ilin iyul ayında qlobal xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 152,7 milyon tona enib.
Sənaye
132
25 Avqust , 2020 11:57
Dünyada xam polad istehsalı azalıb

Bu ilin iyul ayında qlobal xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 152,7 milyon tona düşüb. 

“Report” xəbər verir ki, bu barədə Dünya Polad Birliyinin ("Worldsteel") hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə Çində istehsal 93,4 milyon ton (illik müqayisədə 9,1% az), Yaponiyada istehsal 6 milyon ton (27,9% az), Avropa İttifaqında istehsal 9,8 milyon ton (24,4% az), ABŞ-da istehsal isə 5,2 milyon ton (29,4% az) təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə dünyada xam polad istehsalı illik müqayisədə 5,3% azalaraq 1 020 milyon ton təşkil edib. 

Son xəbərlər

Orphus sistemi