Dünyada polad istehsalı 14% artıb

Dünyada polad istehsalı 14% artıb Bu ilin yanvar-iyun aylarında dünyada 1,004 milyard ton polad istehsal olunub.
Sənaye
23 İyul , 2021 17:26
Dünyada polad istehsalı 14% artıb

Bu ilin yanvar-iyun aylarında dünyada 1,004 milyard ton polad istehsal olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.

Hesabat dövründə MDB ölkələri istehsalı 8,7 % artıraraq 53,3 milyon tona çatdırıb. O cümlədən Rusiyada istehsal 8,5 % artaraq 38,2 milyon ton olub.

Avropa İttifaqı ölkələri 77,8 milyon ton (artım 18,4 % olub), o cümlədən Almaniya 20,6 milyon ton (+18,1 %) istehsal edib.

Polad istehsalı Asiya və Okeaniyada 737 milyon tona (+13,8 %), o cümlədən Çində 563,3 milyon (+11,8 %), Hindistanda 57,9 milyon tona (+31,3 %) çatıb.

Şimali Amerika ölkələrində istehsal 16,4 % artaraq 58,7 milyon ton olub. ABŞ-da göstərici 42 milyon ton (+15,5 %) təşkil edib.

Cənubi Amerikada istehsal 22,6 milyon ton (+28,1 %), o cümlədən Braziliyada 18,1 milyon (+24 %) olub.

Afrika ölkələrində hesabat dövründə istehsal 8 % artaraq 8 milyon tona, Yaxın Şərqdə 21,4 milyona (+8,7 %), o cümlədən İranda 15 milyon tona (+8 %) çatıb.

“World Steel Association”ın məlumatlarına görə, ötən il dünya üzrə 1,829 milyard ton polad istehsal edilib ki, bu da əvvəlki ilin göstəricindən 0,9 % azdır.

Son xəbərlər

Orphus sistemi