Dövlət çevrilişi fonunda alüminiumun qiyməti 10 illik maksimuma çatıb

Dövlət çevrilişi fonunda alüminiumun qiyməti 10 illik maksimuma çatıb Dünən Qvineyada baş vermiş dövlət çevrilişi fonunda bu gün dünya bazarında alüminiumun qiyməti 10 illik maksimuma çatıb.
Sənaye
135
6 Sentyabr , 2021 17:55
Dövlət çevrilişi fonunda alüminiumun qiyməti 10 illik maksimuma çatıb

Dünən Qvineyada baş vermiş dövlət çevrilişi fonunda bu gün dünya bazarında alüminiumun qiyməti 10 illik maksimuma çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, London Metal Birjasında (LME) onun 3 ay sonra çatdırılma ilə füçers qiyməti 2 775 ABŞ dollarına qədər artıb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstərici olub.

Qvineya alüminiumun istehsalı üçün lazım olan boksitin ən böyük tədarükçüsüdür. Bu ölkənin payına Çinin boksit idxalının yarısı düşür.

Son xəbərlər

Orphus sistemi