"Daşkəsən Filizsaflaşdırma” kreditorlarına müraciət edib

"Daşkəsən Filizsaflaşdırma” kreditorlarına müraciət edib Ləğv prosesində olan "Daşkəsən Filizsaflaşdırma” ASC kreditorlarına müraciət edib.
Sənaye
1493
5 Oktyabr , 2020 10:23
Daşkəsən Filizsaflaşdırma” kreditorlarına müraciət edib

Ləğv prosesində olan "Daşkəsən Filizsaflaşdırma” ASC kreditorlarına müraciət edib. 

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Müraciətdə deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi, 1 ünvanına bildirə bilərlər. 

Xatırladaq ki, bu il sentyabrın 1-də Prezident İlham Əliyev “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” və “AzerGold” QSC-nin yaradılması haqqında” 11 fevral 2015-ci il, eləcə də “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamlarında dəyişikliklər edib. Dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb. Bundan başqa, sərəncama əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi