Daha 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir

Daha 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlik statusu almaq istəyən 9 sahibkarlıq subyektinin müracətlərinə baxılır.
Sənaye
6 İyul , 2022 15:45
Daha 9 şirkət Araz Vadisi İqtisadi Zonasının rezidenti olmaq istəyir

Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlik statusu almaq istəyən 9 sahibkarlıq subyektinin müracətlərinə baxılır.

Bunu "Report"a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Elxan Şiriyev bildirib.

Onun sözlərinə görə, söhbət yerli şirkətlərdən gedir.

"Onların layihələri əsasən logistika və texniki servis mərkəzlərinin yaradılmas, kənd təsərrüfatı texnikasına təmir xidmətlərinin göstərilməsi ilə bağlıdır. "Araz Vadisi İqtisadi Zonası" logistik yerləşməsinə görə, burada TIR parklarının yaradılması, yük avtomobillərinin təmiri mərkəzinin qurulması məsələləri var. Məişət kimya məhsullarının istehsalı ilə bağlı layihə də var", - deyə o, qeyd edib.

Xatırladaq ki,  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Prezidentinin 2021-ci ilin 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka 200 hektar ərazi ayrılıb.  

Son xəbərlər

Orphus sistemi