Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir östərir. 
Sənaye
31 Yanvar , 2023 15:33
Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Çexiya müəssisələri başda qida və avtomobil sənayesi olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu “CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marcik iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ilə görüşdə bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə “CzechTrade” səylərini daha da artıracaq.

Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçekinin iştirakı ilə keçirilən görüşdə nazir müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanları və bu sahədə özəl sektorun rolunu artırmağın əhəmiyyətini vurğulayıb, biznes dairələri arasında əməkdaşlığın inkişafı baxımından “CzechTrade”in Bakı ofisinin əlverişli platforma olduğunu qeyd edib.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi