Cenevrə avtosalonu bağlanıb

Cenevrə avtosalonu bağlanıb Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin rəhbərliyi 2025-ci ildə Cenevrədə planlaşdırılan avtomobil sənayesində dünya innovasiyalarının növbəti illik sərgisini keçirməkdən və bu şəhərdə gələcək fəaliyyətlərdən imtina edib.
Sənaye
1 İyun , 2024 08:11
Cenevrə avtosalonu bağlanıb

Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin rəhbərliyi 2025-ci ildə Cenevrədə planlaşdırılan avtomobil sənayesində dünya innovasiyalarının növbəti illik sərgisini keçirməkdən və bu şəhərdə gələcək fəaliyyətlərdən imtina edib.

“Report”un məlumatına görə, bu barədə avtosalonun rəhbərliyinin yaydığı xəbərdə deyilir.

Belə ki, məşhur sərgilərin 120 illik tarixinə son qoyan bu addım avtomobil sənayesindəki qeyri-müəyyən vəziyyət, Avropada bu qəbildən olan böyük tədbirlərə marağın zəifləməsi və digər sərgi məkanlarının rəqabətinin artması ilə əlaqədardır.

Sərginin baş direktoru Sandro Meskita bildirib ki, 2025-ci il sərgisi üçün perspektivlər qaranlıqdır.

O qeyd edib ki, son Cenevrə avtosalonunda 13, aprelin sonu - mayın əvvəlində keçirilən Pekin avtosalonunda isə 117 yeni avtomobil nümayiş olunub.

Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə keçirilib. Uzun müddətdir ki, bu, qlobal avtomobil sənayesinin nailiyyətlərinin Avropada ən nüfuzlu şoularından biri hesab olunurdu.

Son xəbərlər

Orphus sistemi