Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq
Cəbrayılda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq"Mətanət" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.
"Mətanət" MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq.
“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.
"Mətanət" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" #SənayeParkı-nın rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq. #İnvestisiya dəyəri 5 milyon ₼ olan müəssisədə 60 nəfərlik daimi iş yerinin… pic.twitter.com/scWdQAFDjd