BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb

BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb Bu ilin mayında Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Sənaye
18 fevral 2025 10:36
BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb

Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkətinin elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi bu ilin may ayında fəaliyyətə başlayacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Parkı idarə edən İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, ərazidə tikinti işləri tam icra edilib, müəssisə infrastrukturla tam təmin edilib. Yaxın günlərdə zavodda avadanlıq quraşdırılacaq.

İllik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobus yığılacaq. Növbəti ildən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslarına təlabatın 40 %-nin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur.

İnvestisiya dəyəri 29 milyon manat təşkil edən layihə çərçivəsində 600 nəfər işlə təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi