Bu il "Sumqayıt Kimya Sənaye Parkı"nda 2 milyard manatlıq məhsul istehsal olunub

Bu il "Sumqayıt Kimya Sənaye Parkı"nda 2 milyard manatlıq məhsul istehsal olunub İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC fəaliyyət göstərdiyi 10 il ərzində onun ərazisi 3,5 dəfə artırılaraq 584 hektara çatdırılıb.
Sənaye
21 Dekabr , 2021 17:43
Bu il Sumqayıt Kimya Sənaye Parkında 2 milyard manatlıq məhsul istehsal olunub

İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" fəaliyyət göstərdiyi 10 il ərzində onun ərazisi 3,5 dəfə artırılaraq 584 hektara çatdırılıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər Parkda investisiya layihələrinin ümumi dəyəri 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 17-si fəaliyyət göstərir. Onlar isə indiyə qədər 5,1 milyard manat investisiya qoyaraq 5 700 nəfəri daimi işlə təmin edib.

Hesabat dövründə Parkın rezidenti 4,4 milyard manatlıq məhsul satıb, bunun isə 1,5 milyard manatlıq hissəsi və yaxud təxminən 34%-i ixracın payına düşür.

Parkda istehsal xüsusilə 2021-ci ildə sürətlənib. Belə ki, əgər ötən ilin sonuna qədər burada 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə bu ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Bundan başqa, 2011-2020-ci illərdə 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 milyon manatlıq məhsul ixrac olunub.

Park ölkə prezidentinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılıb. Neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsullarınistehsalı və emalı müəssisələrinin fəaliyyət göstərdiyi Park ölkənin qeyri-neft sektorunun inkişafında, yeni növ məhsulların istehsalında və ixrac potensialının artırılmasında mühüm rol oynayır və bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.

Hazırda Parkda əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

Parkın yaradılmasından sonra ölkəmizdə daha 6 sənaye parkı - Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkları təşkil olunub.

Son xəbərlər

Orphus sistemi