Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Bu il qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıb"

    Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq

    Bakı. 23 iyun. REPORT.AZ/ "Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıbdır". 

    "Report"un məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində çıxışı zamanı bildirib. 

    Dövlət başçısı gələn il göstəricilərin daha da müsbət olacağına əminliyini ifadə edib: "Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq. Biz öz fəaliyyətimizi düşünülmüş siyasət əsasında qurmuşuq. Bizim daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın, sabitliyin əsas səbəbi də məhz bundadır".

    "Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir.

    Bir daha sizi ürəkdən təbrik edirəm, bütün Silahlı Qüvvələrimizin şəxsi heyətinə yeni uğurlar, qələbələr arzulayıram" - Prezident İlham Əliyev qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi