Bu il “Petkim”ə 249 mln lirə investisiya qoyulub

Bu il “Petkim”ə 249 mln lirə investisiya qoyulub İstehsalın həcmi 1,530 mln ton təşkil edib
Sənaye
18 Avqust , 2020 12:39
Bu il “Petkim”ə 249 mln lirə investisiya qoyulub
0 : 00
0 : 00

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi “Petkim” bu ilin I yarısında 1,145 mln ton həcmində məhsul satıb.

“Report” “Petkim Holding”in hesabatına əsasən xəbər verir ki, bu dövrdə istehsalın həcmi isə 1,530 mln ton təşkil edib.

Bu ilin I yarısında istehsalın həcmi 9%, satışın həcmi isə 1,89% az olub.

Hesabat dövründə “Petkim”ə yatırılan investisiyaların məbləği 249 mln. lirə təşkil edib. İnvestisiyalar əsasən modernizasiya, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühit sahəsinə aid olub.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Son xəbərlər

Orphus sistemi