Bu il paytaxtda sənaye məhsullarının istehsalı artıb

Sənaye
  • 03 noyabr, 2021
  • 08:07
Bu il paytaxtda sənaye məhsullarının istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % artaraq 29,7 milyard manat təşkil edib.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsulunun 75,1 %-i mədənçıxarma, 21,8 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,4 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,6 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2021-ci il vəziyyətinə 298,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

44 filmi