Bu il Naxçıvanda sənaye istehsalı 2 %-dək artıb

Sənaye
  • 21 aprel, 2022
  • 08:47
Bu il Naxçıvanda sənaye istehsalı 2 %-dək artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulları istehsal olunub.

Bu barədə “Report” yerli Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, bir il öncəki göstəricini 1,5 % üstələyib.

Sənaye məhsulu istehsalının 92,8 %-i malların, 7,2 %-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8 % təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkə üzrə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,9 % artaraq 20,6 milyard manat təşkil edib.